YENİLİKLƏR
     
 
 
 

 
 
 az      en      ру 
 

 

AZKOMPOZİT" ÜÇÜN BAŞLICA ŞƏRT KEYFİYYƏTDİR

 

1 may 2008-ci il tarixində “Azkompozit” firmasına Almaniyanın TÜV- ZÜD şirkəti tərəfindən İSO 9001 standartı üzrə uyğunluq sertifikatının rəsmi təqdimetmə mərasimi keçirildi.Tədbiri giriş sözü ilə açan Keyfiyyət Assosiasiyasının prezidenti Samir Novruzlu son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar və Azkompozit” firmasında bu istiqamətdə görülən işlər barədə məlumat verdi.

Daha sonra çıxış edən “Azkompozit” firmasının direktoru Rəsul Baxşəliyev son illər " zavodda şüşə lifi ilə möhkəmləndirilmiş poliefir boruların istehsalı, həmçinin müəssisədə texnoloji xəttlərin Avropa mənşəli müasir tipli avadanlığın bazası əsasında yaradılması barədə danışdı. Onun sözlərinə görə 2007-ci ilin sonundan etibarən "Azkompozit" zavodu boru istehsalı üzrə dünyanın ən böyük müəssisəsi olaraq fəaliyyət göstərir. Hal –hazırda zavodda 16 istehsal xətti işləyir və müəssisədə 1400 nəfərdən artıq işçi çalışır.

2006-cı ilin dekabr ayından başlayaraq zavod Oğuz-Qəbələ-Bakı su xətti üçün borular istehsal edir. Bu su xəttinin ümumi uzunluğu 267 km olmaqla, əsasən uzunluğu 12 m, diametri isə 2000 mm olan borulardan qurulur. 2006-2008-ci illərdə bu, şüşə lifli borulardan istifadə etməklə dünyada inşa edilən ən böyük lahiyədir.

Layihənin əhəmiyyətini nəzərə alaraq, istehsal edilən məhsulun keyfiyyətini təmin etmək və onu daim yaxşılaşdırmaq üçün ötən ildən etibarən müəssisədə İSO 9001:2000 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq standartın tətbiqi başlanmışdır. Bu standart istehsal olunan məhsulun keyfiyyətinə təsir edəbiləcək bütün elementləri və prosesləri nəzərdə tutur və həmin proseslərə ayrıca nəzarət tələb edir.

Yuxarıda sözü gedən standartın tələbləri ödənildikdən və müəssisədə qurulan keyfiyyəti idarəetmə sistemi lazımı səviyyəyə çatdıqdan sonra sistemin effektivliyinin yoxlanılması üçün dünyanın tanınmış şırkətlərindən biri olan Almaniyanın TÜV ZÜD şirkəti seçildi.

 

Bu şirkətin auditorları “Azkompozit” firmasında yaradılmış keyfiyyəti idarəetmə sisteminin tələblərə uyğunluğunu yoxlamaq məqsədi ilə müəssisəyə dəvət edildi və müstəqil audit həyata keçirdi. Yoxlamanın nəticəsi olaraq sertifikatlaşdırma şirkəti “Azkompozit”də yaradılan və tətbiq olunan keyfiyyəti idarəetmə sistemini tam tələblərə uyğun hesab edərək, müəssisəyə müvafiq sertifikatın verilməsi ilə bağlı qərar qəbul etdi.

Tədbirdə çıxış edən TÜV ZÜD-ün idarə heyətinin üzvü Əhməd Gürel şirkətin fəaliyyəti haqqında məlumat verərək bildirdi ki,TÜV ZÜD 1866-cı ildə Almaniyanın Manheym şəhərində bir texniki nəzarət qurumu kimi fəaliyyətə başlamışdır. Hal-hazırda dünyanın 100-dən artıq ölkəsində 13 000 nəfər işçi heyəti olan TÜV ZÜD ən böyük sertifikatlaşdırma və texniki nəzarət şirkətlərindən biridir.

TÜV ZÜD nümayəndəsinin sözlərinə görə təmsil etdiyi qurumun fəaliyyəti iqtisadiyyatın demək olar ki bütün sahələrini əhatə edir.

Şirkətin sənayedə zavodların tam layihəsinin işlənib hazırlanması, onların inşasına və fəaliyyətinə nəzarət, tullantıların idarə edilməsi, qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi, hər növ məhsulların və idarəetmə sistemlərinin sertifikatlaşdırılması, avtomobillər üzərində təhlükəsizlik sınaqlarının aparılması və onlara texniki nəzarət, həmçinin səriştəli kadrların hazırlanması sahələrində böyük təcrübəsi var.

Tədbirin sonunda “Azkompozit” firmasına Almaniyanın TÜV-SÜD şirkəti tərəfindən İSO 9001 standartı üzrə uyğunluq sertifikatı təqdim olundu.

 

 
 
  © Copyright 2006 - 2012 AZKOMPOZİT.  All Rights Reserved