az      en      ру 
 

KOMPOZIT PİYADA KEÇİDLƏRİ.

Şüşə lifli kompozit materialından hazırlanan piyada körpülərinin populyarlığı ildən ilə artmaqdadır. Yüngül çəkiyə malik olması, quraşdırılmanın asanlığı, mürəkkəb hava şəraitinə davamlılıq kimi xüsusiyyətlərinə görə kompozit konstruksiyalar dəmir yolları, sürətli maqistrallar və park zonalarında quraşdırılır.

Bu cür körpülərin və piyada keçidlərinin istismar müddəti ən azı 50 il təşkil edir.
Kompozit piyada keçidlərinin həndəsi ölçüləri, formaları və mexaniki yükə müqavimət göstəriciləri sifarişçinin tələblərinə tam uyğun olaraq УAzkompozitФ MMC-nin konstruktor şöbəsi tərəfindən layihələndirilir.


Kompozit körpülər və piyada keçidləri yüngül çəkiyə, aqressiv ətraf mühit şəraitinə və rütubətə davamlı olmaqla yanaşı yüksək möhkəmliyə malikdir bu isə onların dizayn mükəmməlliyini bir daha sübut edir.

  

 

1

 

 

 

 


 
 
  © Copyright 2006 - 2019 AZKOMPOZİT.  All Rights Reserved.