az      en      ру 
 

 

ŞÜŞƏ LİFLİ POLİEFİR BORU FLANSLARI

 

Su xəttinin uzunluğundan və keçdiyi ərazinin xüsusiyyətindən asılı olaraq boru kəmərində su axınının tənzimlənməsi, kəmərin sudan boşaldılması, fövqəladə vəziyyətdə boru kəmərində su axınının qarşısının alınması məqsədi ilə flanslı boru birləşmələrindən istifadə edilir.

Flanslar ISO 7005-1, ASTM D 5421-05, EN 1092-1-2007, EN 1092-2-1997, EN 1092-3-2003, EN 1092-4-2002, ASME RTP-1-2017 standartları əsasında dizayn edilib hazırlanır

  • Hal-hazırda müəssisədə nominal işçi təzyiqi: PN 0,1÷3,2MPa.
  • Nominal diametri: DN 20mm - DN 3000mm arasında olan sərt birləşməli flanslar və nozzlar istehsal edilir.

Flanslar şüşə lifi ilə möhkəmləndirilmiş poliefir borulara şüşə lifli möhkəmləndirici parçalar və termoreaktiv qətranla birləşdirilir.

Bu flanslardan su təsərrüfatı, kənd təsərrüfatı, dağ-mədən, neft və kimya sənayesi,hidroqurğular və s. sahələrdə geniş istifadə olunur.

Şüşə lifi ilə möhkəmləndirilmiş kompozit flanslar öz fiziki - mexaniki xüsusiyyətlərinə, quraşdırılmasının qısa müddətə başa gəlməsinə, korroziyaya qarşı davamlı olmasına və uzunömürlülük kimi xüsusiyyətlərinə görə digər materiallardan hazırlanan analoqlarından daha üstündür. 

 

 

 

 
 
  © Copyright 2006 - 2021 AZKOMPOZİT.  All Rights Reserved.