«Azkompozit» MMC 2006-cı ildə Sumqayıt şəhərində kompozit materialların istehsalını qurmuşdur. Qısa zaman ərzində müəssisə öz istehsal həcmini artıraraq, dünyanın ən iri kompozit boru istehsalçılarından biri olmuşdur.
Çəkilişi 2007-2010-cu illəri əhatə edən, ümumi uzunluğu 260 km olan Oğuz-Qəbələ-Bakı içməli su xətti «Azkompozit» MMC istehsalı olan kompozit borulardan inşa edilib. Xəttin çəkilişi əsasən diametri 2000 mm olan və 6-25 bar nominal təzyiqə davamlı borularla həyata keçirilib. Bu layihə üzrə ətraflı məlumat İngiltərədə dərc olunan “Reinforced Plastics” jurnalında öz əksini tapmışdır.
Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi başa çatdıqdan sonra zavod Respublikada təlabatı olan su, kanalizasiya, soyutma sistemləri və digər təyinatlı boruların istehsalını həyata keçirir. Bu günə qədər kompozit boruların tətbiqi ilə Respublika daxilində bir çox boru xətti layihəsinin icrası uğurla başa çatdırılıb. Boruların istehsalı və sınağı ISO, AWWA, ASTM, DIN, BS, API və digər beynəlxalq və sənaye standartlarına uyğun olaraq, kompüterlə idarə olunan müasir avadanlıqlar vasitəsi ilə həyata keçirilir.
|