İSTEHSALAT
         
 
 
 

 
 
 az      en      ру 
 

 

Kompozit material - iki və daha çox materialların istifadəsi ilə istehsal edilən məhsula deyilir.

İstehsalda istifadə olunan şüşə lifli möhkəmləndiricilər və termoreaktiv qətranlar şüşə lifi ilə möhkəmləndirilmiş kompozit (GRP) boruların əsas tərkib hissələridır.

Mütərəqqi texnologiyalardan sayılan qəlibə sarıma metodu ilə boru və onun hissələrinin hazırlanması, şüşə lifli parça və sapların qətranla isladılaraq qəlibin səthinə sarınması yolu ilə həyata keçirilir. Hal-hazırda müəssisədə 15 belə istehsal xətti fəaliyyət göstərir. Zavodda müxtəlif fittinq və birləşmə hissələrinin də istehsalı yaradılıb.

Şüşə lifləri və onların sarğı formasının seçilməsi borunun mexaniki xüsusiyyətlərini, qətranların və kimyəvi əlavələrin seçilməsi isə borunun işlədiyi şəraitə dözümlülüyünü müəyyən edir.

Spiral sarğı üsulu ilə istehsal olunan ŞMP kompozit boruların kimyəvi və mexaniki xüsusiyyətləri onların sənaye və məişətdə geniş istifadəsinə imkan verir.

«Azkompozit» MMC yüksək tələbata və keyfiyyət göstəricilərinə malik məhsul çeşidini artırmaq məqsədi ilə müxtəlif istehsal texnologiyalarını mənimsəmişdir:

 

· Pultruziya texnologiyası kompozit inşaat profillərinin istehsalına və onlardan korroziyaya davamlı müxtəlif konstruksiyaların inşasına imkan verir.
· Kompozit tor döşəmələrin qəlibə salma üsulu ilə istehsalı texnologiyası dənizdə və aşındırıcı mühitdə quraşdırılan platformaların və piyada keçid zolaqlarının inşasına imkan verir.
· Lövhə laminasiyası texnologiyası kompozit dam örtüklərinin və divar lövhələrinin istehsalına imkan verir.
· SMC (preslə qəlibə salma texnologiyası) quyu qapaqlarının və digər möhkəm kompozit məmulatlarının istehsalına imkan verir.

 

«Azkompozit» MMC-nin keyfiyyəti idarəetmə sistemi 2008-ci ildə Almaniyanın TÜV sertifikatlaşdırma orqanı tərəfindən İSO 9001 sertifikatı ilə təsdiq edilib.

 

 

 
 
  © Copyright 2006 - 2012 AZKOMPOZİT.  All Rights Reserved.