“Azkompozit” şirkəti  2006-cı ildə Sumqayıt  şəhərində kompozit  materialların istehsalını  qurmuşdur. Qısa zaman ərzində müəssisə, öz istehsal həcmini artıraraq, ən iri kompozit boru  istehsalçılarından biri olmuşdur. 
  İstehsal, 2007-2010-cu illərdə çəkilmiş,  ümumi uzunluğu  260 km təşkil edən, dünyada ən böyük içməli su boru kəməri layihələrindən biri  olan Oğuz-Qəbələ-Bakı  layihəsini təmin etmək məqsədi ilə qurulmuşdur. 
                  Oğuz-Qəbələ-Bakı  boru kəməri layihəsi başa çatdıqdan sonra şirkət həm Azərbaycanda, həm də xaricdə içməli su təchizatı, kanalizasiya,  suvarma, soyutma sistemləri, su elektrik stansiyaları və digər məqsədlər üçün  borular istehsal edir. Boruların istehsalı və sınağı ISO, AWWA, ASTM, DIN, BS, API, həmçinin digər beynəlxalq və sənaye standartlarına uyğun olaraq, müasir avadanlıqlar vasitəsi ilə həyata keçirilir.  
                  2008 -ci ildə “Azkompozit”-in keyfiyyəti idarəetmə  sistemi ISO 9001 standartının  tələblərinə uyğun  olaraq Almaniyanın  TÜV SUD sertifikatlaşdırma orqanı tərəfindən  sertifikatlaşdırılmışdır. 
                  2019-cu ilin ortalarında  "Azkompozit" şirkəti  Tacikistan Respublikasında  birgə istehsal müəssisəsinin yaradılması  barədə razılıq  əldə etmişdir və həmin  müəssisə 2021-ci ilin ortalarında uğurla istismara verilmişdir.  
                   
                    2021-ci ildə Ukrayna Respublikasında da həmçinin, birgə  istehsal müəssisəsinin yaradılması barəsində  razılıq əldə edilmişdir. 
                    
                    
                    
                    
                                     |