az      en      ру 
 

 

TACİKİSTAN RESPUBLİKASINDA MÜŞTƏRƏK MÜƏSSİSƏ

 

2019-cu ilin ortalarında "Azkompozit" (Azərbaycan) və "Avesto Group" (Tacikistan) Tacikistan Respublikasının Düşənbə şəhərində yeni istehsal müəssisəsinin yaradılması barədə razılığa gəlmişlər. Beləliklə, iki şirkət arasında "Kompozit TA" adlı birgə müəssisənin yaradılması məqsədi ilə investisiya müqaviləsi imzalanmışdır.

COVID-19 pandemiyası ilə əlaqədar bütün çətinliklərə baxmayaraq, Düşənbədə yeni zavodun inşası, avadanlıqların tədarükü, quraşdırılması, sazlama işləri və zavodun işə salınması planlaşdırılan iş cədvəlinə uyğun olaraq gecikmələr olmadan aparılmışdır.

"Kompozit TA"-nın məqsədi Tacikistan Respublikasında, eləcə də Orta Asiya regionunun qonşu ölkələrində məişət su təchizatı və kanalizasiya problemlərinin dayanıqlı həlli üçün diametri DN400-dən DN3000-ə qədər olan, dünya səviyyəli şüşə lifli kompozit boru və fitinqlərin istehsalı və təchizatıdır.

Kompozit TA texnologiyası, Azkompozit-in istifadə etdiyi spiral sarğı nou-hausu əsasında qurulmuşdur. Bu texnologoya, uzun illər boyu müxtəlif təyinatlar, həmçinin içməli suyun çatdırılması, suvarma, çirkab sularının axıdılması, eləcə də hidroenergetika və sənayenin digər sahələrinin ehtiyaclarının təmin edilməsi üçün şüşə plastik boruların istehsalı prosesində tətbiq olunur.


Birgə müəssisənin açılış mərasimi 28.08.2021-ci il tarixində Tacikistanın dövlət başçısı cənab Emoməli Rəhmonun iştirakı ilə keçirilmişdir.

 

 

 

 

 

  © Copyright 2021 AZKOMPOZİT.  All Rights Reserved.