İSTEHSALAT
         
 
 
 

 
 
 az      en      ру 
 

Müəssisədə şüşəplastik məhsulları istehsalının aşağıdakı növləri mövcuddur:

  • Spiralvari filament sarğı üsulu - istənilən konfiqurasiyada DN400 -dən DN3000-ə qədər olan borular.
  • Pultruziya texnologiyası - kompozit inşaat profilləri və onlardan korroziyaya davamlı müxtəlif konstruksiyaların hazırlanması.
  • Kompozit tor döşəmələrin qəlibə salma üsulu ilə istehsalı texnologiyası – bütün aqressiv mühitlərdə ayaqaltı döşəmə kimi istifadə olunur.
  • Davamlı lövhə laminasiyası texnologiyası - kompozit dam örtükləri, divarlar üçün fasad panelləri və s.
  • SMC texnologiyası (800t preslə qəlibə salma üsulu) - quyu qapaqları və digər möhkəm kompozit məmulatları.
  • Əl ilə laminasiya texnologiyası - xüsusi texniki tapşırıqlar əsasında  kompozit məhsullar, eləcə də demək olar ki, bütün növ boru fitinqləri.

 

2008 -ci ildə “Azkompozit”-in keyfiyyəti idarəetmə sistemi ISO 9001 standartının tələblərinə uyğun olaraq Almaniyanın TÜV SUD sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılmışdır.

 

 

 
 
  © Copyright 2021 AZKOMPOZİT.  All Rights Reserved.