AZƏRBAYCAN

TACİKİSTAN RESPUBLİKASINDA BİRGƏ İSTEHSAL

UKRAYNA RESPUBLİKASINDA BİRGƏ İSTEHSAL

 

 

 

 

 

 az      en      ру 
 

 

 

“Azkompozit” şirkəti 2006-cı ildə Sumqayıt şəhərində kompozit materialların istehsalını qurmuşdur. Qısa zaman ərzində müəssisə, öz istehsal həcmini artıraraq, ən iri kompozit boru istehsalçılarından biri olmuşdur.
İstehsal, 2007-2010-cu illərdə çəkilmiş, ümumi uzunluğu 260 km təşkil edən, dünyada ən böyük içməli su boru kəməri layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı layihəsini təmin etmək məqsədi ilə qurulmuşdur.

Oğuz-Qəbələ-Bakı boru kəməri layihəsi başa çatdıqdan sonra şirkət həm Azərbaycanda, həm də xaricdə içməli su təchizatı, kanalizasiya, suvarma, soyutma sistemləri, su elektrik stansiyaları və digər məqsədlər üçün borular istehsal edir. Boruların istehsalı və sınağı ISO, AWWA, ASTM, DIN, BS, API, həmçinin digər beynəlxalq və sənaye standartlarına uyğun olaraq, müasir avadanlıqlar vasitəsi ilə həyata keçirilir.

2008 -ci ildə “Azkompozit”-in keyfiyyəti idarəetmə sistemi ISO 9001 standartının tələblərinə uyğun olaraq Almaniyanın TÜV SUD sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılmışdır.

2019-cu ilin ortalarında "Azkompozit" şirkəti Tacikistan Respublikasında birgə istehsal müəssisəsinin yaradılması barədə razılıq əldə etmişdir və həmin müəssisə 2021-ci ilin ortalarında uğurla istismara verilmişdir.


2021-ci ildə Ukrayna Respublikasında da həmçinin, birgə istehsal müəssisəsinin yaradılması barəsində razılıq əldə edilmişdir.

 

 

 

 

 

  

  © Copyright 2021 AZKOMPOZİT.  All Rights Reserved.