NEFT MƏDƏNİ AVADANLIĞI

 

 

BORU MƏHSULLARI VƏ BORU XƏTTİNİN ELEMENTLƏRİ

KOMPOZİT ÇƏNLƏR

PROFİLLƏR

TOR DÖŞƏMƏLƏR

DAM ÖRTÜYÜ VƏ LÖVHƏLƏR

QUYU QAPAQLARI

NEFT MƏDƏNİ AVADANLIĞI

 
 
 

 
 
 az      en      ру 
 

 

NEFT MƏDƏNİNİN KİPKƏC QURĞUSUNUN KOMPOZİT QORUYUCU TƏRTİBATI

 

Dünya üzrə quruda yerləşən neft mədənlərində geniş istifadə olunan ştanqlı nasosların kipkəc qurğuları, hətta normal istismar şəraitində belə sızmaya məruz qalır.

Neftin və digər neft-kimya məhsullarının sızması ətraf mühitin ciddi çirklənməsinə, hasilatın pozulmasına və texniki qulluq səbəbindən yaranan fasilələrə gətirib çıxarır.


Sızmanın azaldılması, neft-kimya sənayesində istifadə olunan ştanq nasoslarının kipkəc qurğusunun ömrünün və səmərəliliyinin artırılması, eləcə də onların ətraf mühitin təsirlərindən qorunması məqsədi ilə 2020-ci ildə Bəhreyndən olan tərəfdaşımız cənab Əkrəm Aminlə birlikdə yüksək temperaturlara və kimyəvi çirklənməyə qarşı davamlı, dünyanın bütün neft şirkətlərində istifadə üçün nəzərdə tutulan kompozit qoruyucu tərtibatlar "Azkompozit" tərəfindən layihələndirilərək istehsala təqdim edilmişdir.


Şüşə lifli kompozit materialdan hazırlanan qoruyucu tərtibat neft məhsullarının quyu ətrafı sahələrə dağılmasının qarşısını alan bir maneə rolunu oynayır və beləliklə də, bir sıra vacib problemləri həll edir:

  • təmir işləri ilə əlaqədar nasosun işində yaranan fasilələrin qarşısını  alır;
  • ştanqın davamlı yağlanması səbəbindən nasosun   fasiləsiz işləmə müddətini artırır;
  • torpaqların ekoloji çirklənməsini dayandırır;
  • neft məhsullarının itkisinin qarşısını alır (kipkəcdən sızan neft məhsulları saxlama və sonrakı emal üçün nəzərdə tutulan tutumlara nəql edilir)
  • torpağın bahalı təmizlənməsi işlərinə olan ehtiyacı aradan qaldırır;
  • neft mədəninin yanğın təhlükəsizliyini artırır;
  • kipkəc qurğusunun gövdəsini hava təsirlərindən  qoruyur

 

Tərtibat bir-birindən ayrı istehsal olunaraq birlikdə yığılan müxtəlif elementdən ibarətdir.


2021-ci ildə tərtibat Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində patentləşdirilmişdir.

  

 

 

 

 

 


 
 
  © Copyright 2021 AZKOMPOZİT.  All Rights Reserved.