PULTRUZİON PROFİLLƏRDƏN HAZIRLANAN MƏMULATLAR
“Azkompozit” beynəlxalq və milli təhlükəsizlik standartlarına cavab verən kompozit nərdivanların və platformaların istehsalını həyata keçirir.
İstehsal prosesində yüksək keyfiyyətli qətranlardan, yanmaya və ultrabənövşəyi şüalanmaya qarşı qatqılardan istifadə olunur.
“Azkompozit” tərəfindən istehsal olunan kompozit yol kənarı məhdudlaşdırıcıları günün qaranlıq vaxtı yolun hərəkət hissəsinin kənarlarının asanlıqla görünməsi üçün nəzərdə tutulur.
Yüksək davamlılığa malik elastik panellər işıq əksetdiricisi ilə təchiz edilir və ASTM D 4956 standartının tələblərinə cavab verir.
|