FİTİNQLƏR VƏ DİGƏR BORU XƏTTİ ELEMENTLƏRİ
Şüşə lifli boruları digər materiallardan olan borulara birləşdirmək üçün “Azkompozit” zavodu bütün növ üçlüklərin, dirsəklərin, reduktorların, o cümlədən müxtəlif forma və ölçüdə flansların istehsalını həyata keçirir.
Fitinqlərin hermetikliyini təmin etmək məqsədi ilə onlar keyfiyyət nəzarətindən keçmiş, istismara hazır borulardan kəsilərək əl ilə laminasiya üsulu ilə hazırlanır.
Müəssisədə DN400 – DN3000 diametrlərdə fitinqlər və digər boru elementləri istehsal olunur.
|