KOMPOZİT NOVLAR
Suvarma məqsədi ilə istifadə olunan dəmir-beton novlar bir sıra mənfi cəhətləri ilə artıq öz aktuallığını itirməkdədir. Belə ki, filtrasiya edilməmiş suyun daimi axını beton novların səthinin tez bir zamanda fiziki aşınmasına, lilin toplanmasına, daxilindəki polad armaturların paslanmasına, daimi təmizlik işlərinə və konstruksiyanın tamamilə sıradan çıxmasına səbəb olur.
Beton novlardan fərqli olaraq, “Azkompozit” tərəfindən istehsal olunan şüşə lifli kompozit novlar hamar səthə və yüngül çəkiyə malikdirlər (betonun ağırlığının 1/8 hissəsi) və 12 m-ə qədər uzunluqda istehsal oluna bilərlər.
Kompozit novların səthinin hamarlığı suyun sürətinin zəifləməməsi və fiziki aşınmanın minimum səviyyədə qalmasını, çəkisinin yüngül olması isə daşınma və quraşdırmanı sürətləndirir. Kompozit novlar ultrabənövşəyi şüalanmaya qarşı davamlı qətranlardan hazırlanır, bu isə əlavə olaraq novların açıq havada istismar müddətini artırır.
|