az      en      ру 
 

KİPKƏC QURĞUSUNUN KOMPOZİT QORUYUCU TƏRTİBATI.

Dünya üzrə quruda yerləşən neft yataqlarında geniş istifadə olunan kipkəc qurğuları, hətta normal istismar şəraitində belə sızmaya məruz qalır.  Neftin və digər neft-kimya məhsullarının sızması ətraf mühitin ciddi çirklənməsinə, hasilatın pozulmasına və texniki qulluq səbəbindən yaranan fasilələrə gətirib çıxarır. 


Sızmanı azaltmaq, neft-kimya sənayesində istifadə olunan ştanq nasoslarının kipkəc qurğusunun ömrünü və səmərəliliyini artırmaq, eləcə də ətraf mühitin təsirlərindən qorumaq məqsədi ilə Azkompozit yüksək temperatur və kimyəvi çirklənməyə qarşı davamlı olan kompozit qoruyucu tərtibatları layihələndirərək istehsal edir.


Şüşə lifli kompozit materialdan hazırlanan qoruyucu tərtibat neft məhsullarının quyu ətrafı sahələrə dağılmasının qarşısını alan bir maneə rolunu oynayır və beləliklə də, bir sıra vacib problemləri həll edir:

  • Texniki qulluq səbəbindən nasos istismarında yaranan fasilələrin qarşısını alır və bununla da maliyyə itkilərini aradan qaldırır;
  • Torpaqların ekoloji çirklənməsinə son qoyur;
  • Neft məhsullarının itkisinin qarşısını alır (kipkəc qurğusundan sızan mayelər şəffaf şlanqlar vasitəsilə saxlanc və sonrakı emal üçün konteynerlərə yığılır);
  • Bahalı təmizlik və texniki qulluq işlərinə olan tələbatı aradan qaldırır;
  • Neft yatağının təhlükəsizliyini artırır;
  • Kipkəc qurğusunun özünü ətraf mühitin təsirlərindən qoruyur.

Tərtibat bir-birindən ayrı istehsal olunaraq birlikdə yığılan müxtəlif elementdən ibarətdir.

 

  

 

 

 

 

 


 
 
  © Copyright 2006 - 2020 AZKOMPOZİT.  All Rights Reserved.