az      en      ру 
 

  

KOMPOZİT DAM ÖRTÜKLƏRİ VƏ LÖVHƏLƏR

 

     2010 -cu ildə “Azkompozit” şüşə lifli dam örtüyü və lövhələrin istehsalı üçün davamlı laminasiya xəttini quraşdırmışdır.

Bu məhsulların istehsalında aqressiv mühitin təsirlərindən etibarlı qorunmanı təmin etmək üçün yüksək keyfiyyətli qatranlardan istifadə olunur.

Materialın ultrabənövşəyi şüalara qarşı müqaviməti stabilləşdirici qatranlar və onların qatqıları vasitəsi ilə təmin edilir.Dam örtükləri müxtəlif rənglərdə, şəffaf və fərqli profillərdə təqdim olunur.


Şüşə lifli lövhələr xüsusilə istixana təsərrüfatlarının tikintisində istifadə olunur. Məhsulun şəffaflığı və dözümlülüyü günəş işığının nüfuz etməsi və təbii fəlakətlərdən qorunması üçün böyük üstünlük verir.


Şüşə lifli lövhələrin istənilən formada istehsalının mümkünlüyü, onların istilik və səs izolyasiyası panellərinin, o cümlədən aşındırıcı mayelərin toplanması üçün müxtəlif kanallar və s. hazırlanması üçün geniş istifadəsinə imkan verir.

 

 

 

 

 

 


 
 
  © Copyright 2021 AZKOMPOZİT.  All Rights Reserved.