ŞMP BORULARIN  BİRLƏŞMƏ NÖVLƏRİ 
                  “Azkompozit” ŞMP boruları EPDM kipləşdirici  halqalı və ya halqasız müxtəlif birləşmə  sistemləri vasitəsi  ilə bir-birinə birləşdirilir. 
                   
                    Boru  birləşmələri ASTM D 4161 standartının sərt tələblərinə cavab  verir. 
                   
  Boru  birləşməsinin əsas  növü nippel-bilərzikdir,  əlavə olaraq, aşağıda göstərilən bir sıra birləşmələrdən də  istifadə oluna bilər: 
                  1. Nominal təzyiqi 6 atm-ə qədər olan boru birləşmələri  üçün tək  kipkəcli nippel-bilərzik  birləşməsi. 
                    
                    
                  2. Nominal təzyiqi 6 atm-dən çox olan boru birləşmələri  üçün cüt  kipkəcli nippel-bilərzik  birləşməsi. 
                    
                    
                  3. Xüsusi hallarda (magistral yolların kəsişməsində gilizlərdən  keçirilən su boru xəttlərində və qapalı dövriyyə sistemlərində)  sərt birləşmələrdən  (laminasiya) də istifadə olunur. 
                    
                    
                  4. ŞMP  boruların digər materiallardan hazırlanmış  borularla və ya avadanlıqla birləşdirilməsi üçün  əsasən flanslı  birləşmələrdən istifadə olunur. 
                    
                    
                    
                    
                    
                    
                    
                  
                  
                   |