az      en      ру 
 

 

 KOMPOZİT NOVLAR

Suvarma məqsədi ilə istifadə olunan dəmir-beton novlar bir sıra mənfi cəhətləri ilə artıq öz aktuallığını itirməkdədir. Belə ki, daimi su axını beton arxların səthinin tez bir zamanda fiziki aşınmasına və daxilindəki polad armaturların paslanaraq konstruksiyanın tamamilə sıradan çıxmasına səbəb olur.


Beton novların əksi olaraq, Azkompozit MMC tərəfindən istehsal olunan korroziyaya davamlı şüşə lifli kompozit novların səthi hamardır, çəkisi 8 dəfə yüngüldür, standart uzunluğu isə 12 m-dir.
Kompozit novların səthinin hamarlığı suyun sürətinin zəifləməməsi və fiziki aşınmanın minimum səviyyədə qalmaslnı, çəkisinin yüngül olması isə daşınma və quraşdırmanın asanlığını təmin edir. Kompozit novlar ultrabənövşəyi şüalanmaya qarşı davamlı qətranlardan istehsal olunur, bu isə əlavə olaraq novların istismar müddətini artırır.

 


 
 
  © Copyright 2006 - 2012 AZKOMPOZİT.  All Rights Reserved.